Ekvadorda güclü zəlzələ - Ölü sayı 533-ə çatıb

`Yaralıların sayı barədə dəqiq məlumat yoxdur. Hələ axtarışlar davam edir`.
Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.
Qeyd edək ki, aprelin 16-ı Ekvadorda Rixter cədvəli üzrə 7,8 gücündə zəlzələ baş verib.
Eldar Tanrıverdiyev
AzVision.az