Amerika Dövlətləri Təşkilatı Qarabağa görə baş katibinə etiraz etdi – ÖZƏL

Amerika Dövlətləri Təşkilatı Qarabağa görə baş katibinə etiraz etdi – ÖZƏL
  21 Aprel 2016    Oxunub:18833
Amerika Dövlətləri Təşkilatına (ADT) üzv olan əksər ölkələrin rəsmiləri ADT-nin baş katibi Luis Almaqronun Ermənistan-Azərbaycan təmas xəttində son toqquşmalara dair verdiyi bəyanatına kəskin etirazlarını bildiriblər.

AzVision.az-ın əldə etdiyi məlumata əsasən, digər beynəlxalq təşkilatların bəyanatlarından fərqli olaraq, ADT-nin Ermənistan-Azərbaycan cəbhəsində yaşanan son gərginliyin yaranmasında birtərəfli mövqe tutması üzv dövlətləri hiddətləndirib. Hətta bəzi dövlətlər Baş katibə bu özfəaliyyətilə bağlı etiraz notası da göndəriblər.

Təşkilata üzv dövlətlərin mövqeyini öyrənmədən, onlarla razılaşdırılmadan ADT adından bəyanatın verilməsi Luis Almaqronun fərdi fəaliyyəti kimi qiymətləndirilib və onu siyasi ambisiyaları naminə təşkilatın adından istifadə etməkdə qınayıblar.

Qeyd olunub ki, Latın Amerikası dövlətlərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllindən ibarətdir. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət ADT-ın təməl prinsiplərindən biridir. Üzv dövlətlərin əksəriyyətin hazırda mövqeyi ondan ibarətdir ki, araşdırma aparmadan birtərəfli bəyanatla çıxış edilməsi münaqişənin nizamlanma prosesinə töhfə vermir və ədalətli deyil.



AzVision.az-ın araşdırması nəticəsində məlum olub ki, bu qərəzin kökü Luis Almaqronun Uruqvayın xarici işlər naziri kimi anti-Azərbaycan mövqeyinə gedib çıxır. Belə ki, o, gələcək siyasi ambisiyaları naminə ADT-dən siyasi platforma kimi istifadə etmək fikrinə düşüb.

Luis Almaqro Latın Amerikasında erməni mənşəli miyarder və Azərbaycanın işğal olunmuş ərazilərində Xocalı hava limanını tikdirən Eduard Eurnekianın təsiri altındadır. O hələ Uruqvayın xarici işlər naziri olanda Latın Amerikasındakı erməni lobbisinin təsirilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən bəyanatlarla çıxış etmişdi.

Qeyd edək ki, Azərbaycan tərəfdən də məsələ ilə əlaqədar dərhal ADT-in katibliyi və üzv dövlətlərə müvafiq notalar ünvanlanmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti