AzVision-un əməkdaşı qondarma rejimin təmsilçisini ifşa etdi

AzVision-un əməkdaşı qondarma rejimin təmsilçisini ifşa etdi
  21 Aprel 2016    Oxunub:6513
Qarabağdakı qondarma rejimin Parisdə nümayəndəliyinin təşkilatçılığı ilə Cenevrədə Ermənistan-Azərbaycan təmas xəttində baş verən döyüşlərlə bağlı mətbuat konfrans keçirilib.

Tədbirdə Azərbaycan əleyhinə mənfi informasiyaların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın İsveçrədəki səfirliyinin və BMT yanında daimi nümayəndəliyimizin nümayəndələri də iştirak ediblər. 30-dan artıq erməni, isveçrəli və beynəlxalq media qurumlarının iştirak etdiyi tədbirdə Azərbaycan mediasını AzVision.az-ın fransız versiyasının redaktoru Səid Musayev təmsil edib.

Tədbir Qarabağdakı qondarma qurumun Parisdəki daimi nümayəndəliyinin rəhbəri Hovannes Gevorkyanın real faktlara əsaslanmayan təqdimatı ilə başlayıb. O, Azərbaycanın işğal olunmuş torpqaları ilə bağlı yanlış məlumatlar verərək, münaqişənin günahının Azərbaycan hakimiyyətində olduğu, bu ölkədə insan haqlarına hörmət edilmədiyi, ermənilərin heç də qan tökmək isdəmədikləri haqda ənənəvi nağıllarını danışıb.

Çıxışdan sonra Azərbaycan mediasını tədbirdə təmsil edən Səid Musayev söz alaraq, Gevorkyanın səsləndirdiyi ittiham və dezinformasiyaları tarixi və hüquqi faktlara əsaslanaraq, yalanlayıb. Onun çıxışı zalda əyləşən erməni lobbi təşkilatları və ermənipərəst media qurumlarının nümayəndələrinin əks reaksiyasına səbəb olub.



Jurnalist Qarabağ probleminin Ermənistanın danışıqları pozması səbəbindən həllini tapa bilmədiyini deyəndə, ermənilər zalda səs-küy salıblar.

Qeyd edək ki, Cenevrədə İsveçrə Mətbuat mərkəzində Azərbaycan səfirliyi tərəfindən də Dağlıq Qarabağla bağlı tədbirin təşkil olunması gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti