Pan Gi Munun Cənubi Qafqaza səfəri təxirə salındı

“Stefan Cüjarrikin bildirdiyinə görə, Baş katib regiona gəlməyi çox istəsə də, təcili səbəblərlə əlaqədar bu günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin tarixinə yenidən baxılacaq”, - deyə bildirilib.
Qeyd edək ki, Pan Gi Munun səfər çərçivəsində Gürcüstan, Ermənistanda olacağı, Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci forumunda iştirak edəcəyi gözlənilirdi.
Eldar Tanrıverdiyev
AzVision.az