`Azərbaycan vəziyyəti dəyişdi...` – Erməni daşnak

"Diplomatiyada çatışmazlıqlarımızın olduğu aydındır. Azərbaycan son illərdə lobbiçilik fəaliyyəti ilə münasibəti dəyişə bilib. 1994-cü ildən bəri dünya birliyinin müəyyən hissəsində Dağlıq Qarabağ münaqişəsinin xarakteri, tarixi, mahiyyəti ilə bağlı mövqelər Azərbaycanın xeyrinə dəyişib", - Vardanyan etiraf edib.
Onun sözlərinə görə, 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində dünya birliyi erməni təbliğatının təsiri altında idi: "Lakin sonra Azərbaycan vəziyyəti dəyişdi və dünya birliyi artıq deyir ki, Ermənistan işğalçıdır, Azərbaycan ərazilərinin bir qismini işğal edib.
"Dördgünlük müharibə"dən sonra problemlərimiz daha da artıb. Diplomatiyamızın görməli olduğu çox iş var", - Vardanyan vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az