Facebook statuslara görə pul verəcək

Facebook statuslara görə pul verəcək
  21 Aprel 2016    Oxunub:2542
Facebook sosial şəbəkəsi istifadəçilərə yerləşdirdikləri postlara görə pul ödəyəcək.
AzVision.az xəbər verir ki, bu barədə The Verge məlumat yayıb.

Şirkət istifadəçilərin hansı yolla mükafatlandırılması barədə sorğu keçirib.

İştirakçılara oxuculardan gələn gəlir, reklam gəlirinin bir hissəsi, sponsor məzmununun yerləşdirilməsi kimi variantlar təqdim edilib. Sorğuda yalnız təsdiqlənmiş və oxucularının sayı orta göstəricidən yuxarı olmayan istifadəçilər iştirak edə bilib.

Şirkət belə qənaətə gəlib ki, məzmun müəllifi olan istifadəçiləri mükafatlandırmaq lazımdır, çünki belə məzmunların sayı getdikcə azalır. İstifadəçilərin böyük hissəsi “repost”-a üstünlük verir, hansının ki müəllif hüququ digərlərinə aiddir. Instagram-ın yaranması ilə Facebook-da istifadəçilərin yerləşdirdiyi şəkillərin sayı da azalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti