İran Qarabağda niyə müharibə istəmir?

“Bizim region böhranlarla zəngindir. İraq, Suriya, Livanda problemlər var. Bəzən Türkiyədə də partlayışlar olur. Biz Əfqanıstan və Pakistanda nələrin baş verdiyini görürük. Regionun artıq yeni böhranlara dözümü yoxdur. Ola bilsin, onlar müharibəni bərpa etsinlər, lakin nəticənin nə olacağı bəlli deyil”, - deyə Laricani vurğulayıb.
Onun sözlərinə görə, İranın Müdafiə Nazirliyi Bakı, İrəvan və Moskvada olan həmkarları ilə əlaqə saxlayıb və regionda yeni müharibənin qarşısının alınmasının vacibliyini bildirib:
“Çünki, onun nəticələri ağrılı olacaq. Ölkələrin qonşu olduğu nəzərə alınsa, yeni çoxsaylı itkilər nifrət hissi yaradacaq ki, gələcəkdən bundan imtina etmək olduqca çətin olacaq. Bu məsələnin siyasi yolla həll edilməsi üçün hamımızın səylər göstərməsinə ehtiyac var”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: