Etirazçılar polislə danışıqlardan sonra Rusiya səfirliyi qarşısında simvolik “hədiyyə” - karton qutuda köhnə ayaqqabı və “molotov kokteyli” şüşəsi qoyublar.
Aksiya iştirakçıları bildiriblər ki, ayaqqabı “qana bulnamış Rusiya çəkməsinin” rəmzidir.

***
Ermənistanın paytaxtı İrəvanda Rusiya əleyhinə növbəti etiraz aksiyası keçirilir.
Etiraz yürüşü İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyinin binasının qarşısına kimi davam edəcək.
AzVision.az News.am-a istinadən xəbər verir ki, yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.
Etirazçılar qondarma “DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması ilə bağlı şüarlar səsləndirirlər.
Qeyd edək ki, ermənilərin Rusiya XİN rəhbərini İrəvanda etirazla qarşılaması əvvəlcədən planlaşdırılmışdı.
Xatırladaq ki, Lavrov aprelin 21-22-də İrəvanda səfərdə olacaq. Onun Ermənistanda Qarabağ münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcəyi gözlənilir.
AzVision.az