Suriyada iki erməni öldürüldü

Suriyada iki erməni öldürüldü
  22 Aprel 2016    Oxunub:2211
Suriyanın Kamışlı bölgəsində terrorçular və özünü müdafiə dəstələrinin döyüşləri zamanı iki erməni öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Suriyada nəşr olunan erməni qəzeti `Qandzasar` yazıb.

Məlumata əsasən ölən şəxslər Kamışlı sakinləri – Tovmas Minasyan və Akop Manukunyandır.

Kamışlının yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində xeyli sayda insan ölüb və yaralanıb.

Nəşr yazır ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə 60-70 min erməni yaşayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti