İrəvanda kritik Qarabağ danışıqları başladı

AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu dəqiqələrdə XİN rəhbərlərinin məhdud tərkibdə görüşü keçirilir.
Görüş başa çatandan sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam edəcək.
Lavrov, həmçinin, bu gün Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək.
Qeyd edək ki, Lavrovun İrəvana səfərinin əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.
Eldar Tanrıverdiyev
AzVision.az