Erməni əsgərlər bir-birilərini güllələdi - 2 ölü

Erməni əsgərlər bir-birilərini güllələdi - 2 ölü
  22 Aprel 2016    Oxunub:13681
Ermənistanda iki hərbçi öz əsgər yoldaşları tərəfindən öldürülüb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Bareyan soyadlı əsgər avtomat silahdan hərbçi yoldaşı Spartak Kalaşyanı baş nahiyəsindən güllələyib. İkinci aldığı xəsarətdən yerindəcə keçinib.

Digər hadisə Ermənistan ordusuna məxsus “UAZ” markalı avtomobildə baş verib. Belə ki, yük avtomobilinin sürücüsü, müddətli hərbi xidmətdə olan əsgər Karen Aqabekyan maşındakı sıravi P.Yeqoryan tərəfindən güllələnərək qətlə yetirilib.

Atəş açan hər iki əsgər tutulub və barələrində cinayət işi açılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti