`Təhlükəsizliyə ciddi zərbə vurulub` – Nalbandyan

`Təhlükəsizliyə ciddi zərbə vurulub` – Nalbandyan
  22 Aprel 2016    Oxunub:3135
Dağlıq Qarabağ ətrafında baş verən hadisələr danışıqlar prosesinə zərər vurdu. Bu hadisənin nəticələrinin necə aradan qaldırılması barədə düşünmək lazımdır.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair açıqlamasında bildirib.

“Biz son zamanlar tez-tez görüşürük, xeyli sayta telefon danışıqları həyata keçirilib, onlar əsasən Dağlıq Qarabağ ətrafında vəziyyətə həsr olunub. Təhlükəsizlik və sabitliyə ciddi zərbə vurulub, lakin bu fəsadları aradan qaldırmaq lazımdır”, - deyə Nalbandyan qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti