Lavrovun Sarkisyanla görüşü: `Özünüz razılığa gəlin`

“Biz bütün tərəflərin dəstəkləmədiyi paralel kanalların axtarışına, yeni mexanizmlərin yaradılmasına qarşıyıq. Bu yalnız əsas hədəfdən – təhlükəsizliyin təmin olunması, yeni itkilərin qarşısının alınması və siyasi prosesin bərpası üçün şərtlərin yaradılması fikrini yayındıracaq”.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı tərəflər (Azərbaycan və Ermənistan) öz aralarında razılığa gəlməlidir.
“Rusiya, Fransa və ABŞ bu məsələdə onlara yardım etməyə çalışacaq”.
Eldar Tanrıverdiyev
AzVision.az