Kluni ermənipərəst xanımı ilə İrəvanda - VİDEO

Kluni ermənipərəst xanımı ilə İrəvanda - VİDEO
  22 Aprel 2016    Oxunub:9324
Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı, məşhur vəkil Amal Kluni Ermənistana səfər edib.

Kluni cütlüyünü qarşılayanlar arasında tanınmış iş adamı, mükafatın təsisçilərindən biri Ruben Vardanyan da olub.

Cütlük səfər çərçivəsində təsisçiləri Ruben Vardanyan, Nubar Afeyan və “Karnegi” şirkətinin nümayəndəsi Vardan Qriqoryan olan "Aurora Prize for Awakening Humanity" beynəlxalq mükafatının birinci təqdimetmə mərasimində iştirak edəcək.

"Aurora Prize" mükafatı qondarma "erməni soyqırımı"ndan sağ çıxmış bütün ermənilər adından onların xilaskarlarına minnətdarlıq kimi təsis edilib.

Xatırladaq ki, aktyorun həyat yoldaşı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

Əslində ermənipərəst vəkilin Xədicə İsmayılovanın hüquqlarını müdafiə etməsi təəccüb doğurmur. Bu səfərdə A. Klunin erməni maraqlarına xidmət etdiyinin növbəti sübutudur.

Bütün hallarda həyat yoldaşı və özü Ermənistan iş adamları, diasporası tərəfindən maliyyələşən vəkilin Azərbaycanla bağlı işdə nə qədər obyektiv olacağı şübhə doğurur.

Bundan başqa Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı" məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni olub.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti