Sarkisyan xalqdan qorxur - Polisə hərbçilərdən çox pul veriləcək

Sarkisyan xalqdan qorxur - Polisə hərbçilərdən çox pul veriləcək
  22 Aprel 2016    Oxunub:2485
Ermənistan prezidenti Serj Sarkisyan ölkə daxilində baş qaldıran nümayişlərdən sığortalanmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bunu polisə xərclənən vəsaitin çox olması deməyə əsas verir. Belə ki, 2015-ci ildə hərbi müdafiəyə xərclənən vəsait 2014-cü il ilə müqayisədə yalnız 4,2% artıb, halbuki polisə ayrılan vəsait isə 13,7% artıb.

“Aykakan Jamanak” qəzeti yazır ki, bu məlumatlar 2015-ci ilin dövlət büdcəsinin icrasına dair hesabata daxil edilib və hesabat bu ərəfədə Ermənistan hökumətinin iclasında təqdim edilib.

Bundan başqa Rusiya krediti vasitəsilə əldə edilmiş silahların tədarükü hələ keçən il həyata keçirilməli idi və bu məqsədlə büdcə vəsaiti nəzərdə tutulmuşdu, amma saziş yalnız bu ilin fevral ayında qüvvəyə minib.

Qeyd edək ki, Ermənistan əhalisinin 76 faizi gün ərzində 5 dollardan az xərcləyir ki, bu da yoxsulluq səviyyəsi deməkdir. Bu barədə Dünya Bankının hesabatında deyilir.

Dünya Bankında gün ərzində 5 dollardan az xərcləyən şəxslər yoxsul hesab edilir. Dünya Bankı yoxsulluq səviyyəsini iki ayrı göstərici əsasında təqdim edir - birincisi, gün ərzində 2,5 dollar xərcləmə və ikincisi isə 5 dollar xərcləmə. 2,5 göstərisici üzrə Ermənistanda yoxsulluq səviyyəsi 2014-cü ildə 26 faiz təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti