Lavrov İrəvanda `soyqırım` abidəsini ziyarət edib - FOTOLAR

Lavrov İrəvanda `soyqırım` abidəsini ziyarət edib - FOTOLAR
  22 Aprel 2016    Oxunub:11565
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri yekunlaşıb. Lakin diqqət çəkən məqam Rusiyanın xarici siyasətinin əsas simasının səfəri çərçivəsində əvvəlcədən planlaşdırılan görüş və gedəcəyi yerlərin ünvanı idi.
AzVision.az xəbər verir ki, Lavrov öncə erməni həmkarı Edvard Nalbandyanla birlikdə Tsisernakaberddə yerləşən “erməni soyqırımı” abidəsini ziyarət edib və ora əklil qoyub.

Bundan başqa, nazir memorial kompleksdəki xatirə dəftərinə ürək sözlərini yazıb.

“Çox sağ olun ki, yaddaşınızı saxlayırsınız və erməni xalqının faciəsini unutmağa qoymursunuz. Biz isə əlimizdən gələni etməliyik ki, belə hallar bir daha təkrarlanmasın”.

Lavrov daha sonra 2007-ci ildə İrəvanda əkdiyi yolka ağacını sulayıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti