İrəvanda qarşıdurma - 42 etirazçı həbs edildi (FOTOLAR)

İrəvanda qarşıdurma - 42 etirazçı həbs edildi (FOTOLAR)
  23 Aprel 2016    Oxunub:2849
İrəvan polisi prezident Sarkisyanın iqamətgahına doğru yürüş edən aksiya iştirakçılarını güc tətbiq edərək dağıdıb.

Armenia Today xəbər verir ki, hal-hazırda Ermənistan prezidentinin iqamətgahı qarşısında çoxlu sayda polis qüvvələri cəmləşdirilib.

Etirazçılar prezident Serj Sarkisyana bir sıra tələblər irəli sürüblər. Onların əsas tələbləri Dağlıq Qarabağdakı status-kvonu dəyişəcək hər hansı sənədin imzalanmaması, ərazi güzəştlərinin edilməməsi və sülhməramlı qüvvələrin Dağlıq Qarabağda və ətraf ərazilərdə yerləşdirilməsinin qarşısının alınmasıdır.

Aksiya iştirakçılarından 42 nəfərin həbs edildiyi bildirilir.



Aksiya iştirakçıları həmçinin Qarabağda ölən hərbçilərin ailələrinə 30 min dollar, yaralılara isə 5 min dollar verməyi tələb edirlər.

Bundan əlavə etirazçılar ölkənin Xarici İşlər naziri Edvard Nalbandyan, Müdafiə naziri Seyran Oqanyan, Ermənistan SQ-nin Baş Qərargah rəisi Yuri Xaçaturovun vəzifələrindən azad edilməsini istəyirlər.



AzVision.az


Teqlər:  





Xəbər lenti