ABŞ-da silahlı insident - 5 nəfər ölüb

Məlumata əsasən ölənlərdən 4-ü hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölənlərin şəxsiyyətləri hələ ki, müəyyənləşdirilməyib.
Hazırda polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi axtarır. İnsidentin digər detalları hələ ki, məlum deyil.
Eldar Tanrıverdiyev
AzVision.az