Xəzərdə yanan Rusiya gəmisindən 18 nəfər xilas edildi

Xəzərdə yanan Rusiya gəmisindən 18 nəfər xilas edildi
  23 Aprel 2016    Oxunub:1662
Xəzər dənizində yanan gəmidə olan 18 nəfər yaxınlıqda olan gəmi tərəfindən xilas edilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yanğın Xəzər dənizinin Türkmənistan hissəsində, Həştərxandan 800 km məsafədə baş verib:

“Gəmi boşdur. Göyərtədə olan 18 nəfər heyət üzvü yaxınlıqda üzən gəmi tərəfindən təxliyyə olunub. Rostovun FHN Cənubi aviasiya-xilasetmə mərkəzindən Be-200 təyyarəsi hazırlıqlar başa çatdıqdan sonra havaya qalxacaq”.

Qeyd edək ki, bundan öncə yanğın nəticəsində bir nəfərin öldüyü bildirilirdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti