Ermənilərin məşhur qadın snayperi cəbhədə - FOTO

Ermənilərin məşhur qadın snayperi cəbhədə - FOTO
  23 Aprel 2016    Oxunub:36750
Cəbhədə ağır məğlubiyyətə uğrayan Ermənistan Ordusunun hərbçiləri arasında ruh düşkünlüyü pik həddə çatrıb.
Strateji mövqelərdən geri çəkilən ermənilər arasında ruh yüksəkliyi yaratmaq üçün separatçı ordunun rəhbərliyi ən müxtəlif yola əl atır. Ön cəbhəyə I Qarabağ müharibəsində döyüşmüş şəxslərlə yanaşı, aktrisa, şoumen və teleaparıcıları əsgərlərlə görüşə göndərən ordu rəhbərliyi onlarda süni də olsa ruh yüksəkliyi yaratmaq istəyir.

Bu cür qonaqlardan biri də keçmiş qadın döyüşçü, snayper, əsgərlər arasında Anahit kimi tanınan Qalsyan olub. O, işğal altında olan Kəlbəcərə səfər edərək erməni əsgərlərlə görüşüb. Ancaq çətin ki, Anahitlərin ön cəbhəyə səfəri ordumuzun həmləsindən sonra qorxuya döşən erməni əsgərlər üçün təsəlli olsun. Ermənistan Ordusunda ruh düşkünlüyü o həddə çatıb ki, əsgərlərimizin növbəti həmləsi zamanı postları yenidən qoyub qaçacaqlar.(Baku.ws)

AzVision.az


Teqlər:





Xəbər lenti