Merkel Türkiyə ilə Suriya sərhədində - FOTOLAR

Merkel Türkiyə ilə Suriya sərhədində - FOTOLAR
  24 Aprel 2016    Oxunub:2031
Almaniyanın kansleri Angela Merkel Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla birgə Türkiyənin Suriya ilə həmsərhəd olan Qaziantep şəhərinə baş çəkib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nümayəndə heyəti baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Daha sonra nümayəndə heyəti suriyalı qaçqınların düşərgəsində olub. Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı keçirilib.



Nümayəndə heyətinin səfəri ilə əlaqədar Qaziantep şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, qaçqınlar üçün düşərgə 2013-cü ildə açılıb. Burada 4818 suriyalı qaçqın məskunlaşıb. Türkiyədə ümumilikdə 3 milyona yaxın suriyalı qaçqın sığınacaq tapıb. Ölkədə 26 qaçqın düşərgəsi yaradılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti