Obamanın Almaniya səfəri - Liderlər görüşdülər

Obamanın Almaniya səfəri - Liderlər görüşdülər
  24 Aprel 2016    Oxunub:1519
ABŞ prezidenti Barak Obama Almaniyaya işgüzar səfərə gedib.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ağ Ev başçısı bu gün Almaniya kansleri Angela Merkel ilə birgə sənaye yarmarkasının açılışında iştirak edəcək.

Hannover texnologiya və sənaye investisiyaları yarmarkası dünyada ən böyük yarmarka hesab olunur. Bu il tədbirin tərəfdaş ölkəsi ABŞ-dır.

Obama Almaniyaya dünya turu çərçivəsində səfər edib. O, bundan öncə Səudiyyə Ərəbistanı və Böyük Britaniyada krallıqlarında olub.

***

Almaniyaya ikigünlük rəsmi səfərə gələn ABŞ prezidenti Barak Obama Hannoverdə Almaniya kansleri Angela Merkellə İraq və Ukrayna məsələlərini müzakirə ediblər.

Barak Obama ilə Angela Merkel arasındakı danışıqlarda əsas müzakirə mövzularından biri də NATO-nun İraqdakı növbəti addımları olub.

ABŞ prezidenti və Almaniya kansleri həmçinin Ukraynada yaranmış vəziyyətə dair məsləhətləşmələr aparıblar. Almaniya kansleri Hannoverdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ prezidenti ilə danışıqlarda Ukraynada nizamasalma məsələsinə toxunulub. Angela Merkel bildirib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı vəziyyət sabit deyil. ABŞ və Almaniya sülh danışıqları prosesində səylərini artıracaqlar.
"Biz Minsk razılaşmasını dəstəkləyirik və onun şərtlərinin həyata keçəcəyinə ümid bəsləyirik" - deyə Angela Merkel bildirib..

AzVision.az


Teqlər:  





Xəbər lenti