Kürdlərin lideri erməniləri dəstəklədi

Kürdlərin lideri erməniləri dəstəklədi
  25 Aprel 2016    Oxunub:2444
Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 1915-ci il hadisələrini “ermənilərin soyqırımı” adlandıraraq bu dəfə də ermənilərə dəstək nümayiş etdirib.
AzVision.az Türkiyə KİV-nə istinadən bildirir ki, S.Dəmirtaş İzmirdə çıxışı zamanı bildirib:

“Bu gün biz ermənilərin soyqırımının 101-ci ildönümünü qeyd edirik. Ermənilər bu torpaqlarda öldüklərini, kürdlər isə bu torpaqlarda yaşadıqlarını sübut etmək istəyirlər”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyədəki Giresun Universitetinin Azərbaycan əsilli rektoru, professor Aygün Attar və türk yumor ustası Əli Çelikkaya Qarabağ haqqındakı təxribatçı açıqlamalarına görə, S.Dəmirtaşa qarşı iddia qaldırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti