Türkiyədə məscid vuruldu - 1 ölü, 10 yaralı

Türkiyədə məscid vuruldu - 1 ölü, 10 yaralı
  25 Aprel 2016    Oxunub:1282
Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki məscidə qumbaraatan mərmisi düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18.10-da baş verib.

Suriya istiqamətindən, İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da Kilis şəhəri atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti