Saakaşvili söz verdi: Gürcüstana qayıdacaq

Saakaşvili söz verdi: Gürcüstana qayıdacaq
  25 Aprel 2016    Oxunub:3296
Gürcüstanın sabiq prezidenti, hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağı barədə vəd verib.
AzVision.az xəbər verir ki, Mixail Saakaşvili “Rustavi 2”-yə verdiyi müsahibəsində bildirib ki, onun yaratdığı “Vahid milli hərəkat” partiyası bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcək:

“Hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur – mən və sabiq baş nazir Bidzina İvanişvili. Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır. Hazırkı mərhələdə üçüncü variant yoxdur. Bu da mənim üzərimə xüsusi məsuliyyət qoyur”.

Qeyd edək ki, Mixail Saakaşvili Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilib, barəsində cinayət işi açılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti