`Qarabağda müharibə olsa, Rusiya Ermənistanı müdafiə edəcək` - Jirinovski (VİDEO)

`Qarabağda müharibə olsa, Rusiya Ermənistanı müdafiə edəcək` - Jirinovski (VİDEO)
  25 Aprel 2016    Oxunub:56927
“Dağlıq Qarabağda baş verə biləcək müharibədə Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək”.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın məşhur televerilişi “Vladimir Solovyev ilə bazar axşamı”nın efirində Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Onun sözlərinə görə, bu münaqişədə İran Ermənistanın tərəfində olacaq: “İran Türkiyəyə nifrət edir, Ermənistanla isə münasibətləri yaxşıdır. Qafqaz cəbhəsi – Azərbaycan Türkiyə ilə və İran Ermənistanla. Rusiya isə Ermənistana kömək etmək məcburiyyətindədir, çünki ordusu orada yerləşir”.

Siyasətçi əlavə edib ki, bu vəziyyət ABŞ tərəfindən Rusiyanın vəziyyətini çətinləşdirmək üçün atılan bir addımdır: “Amma onlarda heç nə alınmayacaq. Qafqazda, Donbasda lokal müharibələrin artması və Mərkəzi Asiyada taliblərin hücum təhlükəsi yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti