Almaniyadan Qarabağla bağlı bəyanat

Almaniyadan Qarabağla bağlı bəyanat
  25 Aprel 2016    Oxunub:2284
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin yenidən artması ilə əlaqədar olaraq Almaniya “Junge Union” (Gənclər Birliyi) təşkilatının sədri Paul Ziemak və təşkilatın Beynəlxalq Komissiyasının sədri Younes Ouaqasse birgə açıqlama veriblər.
AzVision.az xəbər verir ki, birgə açıqlamada deyilir: “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionu uğrunda onilliklərlə davam edən münaqişə son günlər zorakılıq hallarının artması ilə intensivləşmişdir. Biz bir daha münaqişənin sülh yolu ilə həll olunmasına çağırırıq. Cənubi Qafqazda sabitliyin bərqərar olunması Almaniyanın marağındadır.

Münaqişənin aradan qaldırılması üçün danışıqları istiqamətləndirən və Almaniyanın da üzv olduğu ATƏT-in Minsk Qrupu nəhayət yekdil həll yolunu əldə etməlidir ki, bu da beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (882, 853, 874, 884) əsasən regiona sülh gətirəcəkdir. Danışıqlar uğurlu olmazsa, Qafqazda yeni müharibə təhlükəsi yaranacaqdır.”

Məlumat üçün bildirək ki, “Junge Union” təşkilatının 2012-ci il oktyabrın 5-7 –də Berlində keçirilən illik konfrasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilmişdi. Sənəddə təşkilat AFR hökumətini Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunması üçün ATƏT, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı və sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təxirə salınmadan təmin etmək üçün öz beynəlxalq səylərini gücləndirməyə çağırırdı”.

AzVision.az


Teqlər:





Xəbər lenti