Əliyev Ərdoğanla Qarabağı müzakirə edib

AzVision.az Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Zaqulbadakı prezident iqamətgahında keçirilən görüşdə liderlər regional məsələlər və ölkələrimiz arasındakı münasibətlərə dair fikir mübadiləsi aparıblar.
TANAP başda olmaqla, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Ərdoğan və prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan və Türkiyə “bir millət iki dövlət”dir.
AzVision.az