Sarkisyan İrəvanda təhlükəsizliyi gücləndirir

Erməni dövlət başçısının mətbuat katibi Vladimir Akopyan bildirib ki, Serj Sarkisyan İrəvanda avtobus partlayışından sonra yaranan vəziyyət haqqında mütəmadi olaraq məlumatlandırılır.
Qeyd edək ki, Ermənistanda 63 saylı marşrut üzrə hərəkət edən avtobus Alabyan küçəsində “Tumo” Kreativ Texnologiyalar Mərkəzinin yaxınlığında partlayıb.
Partlayış nəticəsində avtobusda bir neçə nəfər ölüb, yeddi nəfər “Armeniya” tibb mərkəzinə yatırlıb, onların arasında yeniyetmə və hamilə qadın var.
AzVision.az