Sarkisyan generalları işdən qovdu

Sarkisyan generalları işdən qovdu
  26 Aprel 2016    Oxunub:7061
Ermənistan prezidenti Serj Sarkisyan yüksək rütbəli hərbçiləri işdən qovub.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, prezidentin fərmanına əsasən Ermənistanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Alik Mirzabekyan tutduğu vəzifədən azad edilib.



Bundan başqa kəşfiyyat baş qərargahının başçısı general-mayor Arşak Karapetyan və rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan da işdən çıxarılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti