Hərbçilər üçün 20 min dollara mobil telefon

Hərbçilər üçün 20 min dollara mobil telefon
  26 Aprel 2016    Oxunub:2646
“Sirin” adlı firma 20 min dollar dəyərində “Solarin” adlı mobil telefonu satışa çıxarmağa hazırlaşır.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mobil telefon may ayından etibarən satışıa çıxarılacaq.

İngiltərə və İsrailin birlikdə hazırladığı telefon hərbi səviyyədə təhlükəsizlik üçün nəzərdə tutulub.

İstehsalçı şirkətdən bildirilib ki, model telefon hazırda istifadədə olan ən müasir ağıllı telefonlardan azı iki-üç irəli texnologiya ilə təchiz olunub.

Şirkətin qurucularından olan Moşe Hogeg deyir ki, telefon qiymət baxımından sərfəli olmasa da, ən son texnologiyaya malikdir.

“Solarin” ağıllı telefon Android əməliyyat sistemi ilə işləyəcək. Eyni zamanda telefonun texniki parametrləri və proqramı haqqındakı məlumatlar gizli saxlanılacaq.

M.Hogeg hesab edir ki, Avropa və ABŞ-dakı minlərlə şirkət rəhbəri bu telefon üçün 20 min dollarından keçə bilər, çünki adi telefonlardan fərqli olaraq bu telefonun xakerlər tərəfindən ələ keçirilməsi daha çətindir.

Şirkət rəsmiləri hesab edir ki, yeni model telefonlar hərbçilər üçün əlverişlidir.

Qeyd edək ki, dünyada lüks telefon bazarının illik dövriyyəsi 1.1 milyard dollardır. İngiltərənin “Vertu” şirkətinin qızıldan və almaz işləməli telefonları 10-300 min dollar arası satışa çıxarılır. Dünyanın ən bahalı telefonu isə üzərində bir ədəd qara almaz olan “Apple 5 Black Diamond”dur. Onun qiyməti 15,3 milyon dollara satılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti