İrəvandakı partlayışla bağlı yeni təfərrüatlar

Partladılan avtobusun yaxınlığından tapılan cib telefonu kartının əvvəllər iki dəfə məhkum olunmuş Ermənistan vətəndaşına məxsus olduğu məlum olub.
İstintaq sirri olduğu üçün həmin şəxsin adı açıqlanmayıb. Onun yaşadığı mənzildə axtarış aparılıb. Evdən partlayıcı maddə olan “trotil”, detonator və müxtəlif elektron avadanlıqlar götürülüb.
Qeyd edək ki, ötən gün İrəvanda avtobusun partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
İlkin Nəcəfzadə
AzVision.az