Sülh üçün yalvaran, müharibə üçün dilənən Ermənistan - KARİKATURA

Ermənistan mətbuatında və sosial şəbəkələrində yayılan xəbərlərə görə, düşmən ölkə itirdiyi texnikanı və sursatları bərpa etmək məqsədi ilə yerli bank hesabları açıb və həmin hesabları mətbuat vasitəsi ilə yayımlayıb.
Ermənistan rəhbərliyinin ayrı-ayrı imkanlı adamlardan, ictimai təşkilatdan yardım istəməsinə dəstək verənlər də tapılıb. Belə ki, ölkədəki İctimai-Demokrat Partiyasının üzvləri bir qrup şəxslə birlikdə Sarkisyanın xahişini yerinə yetirmək üçün cəbhəyə yollanıb və erməni əsgərlərinə 12 ədəd müşahidə cihazı və gözlük hədiyyə ediblər.