Erməni generalların ordudan qovulmasının səbəbi

Erməni generalların ordudan qovulmasının səbəbi
  27 Aprel 2016    Oxunub:3164
Ermənistanda üç generalın istefaya göndərilməsi Dağlıq Qarabağdakı son hadisələrlə birbaşa bağlıdır.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” qəzeti Rusiya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yayıb.

Qeyd ounub ki, Ermənistan ordusunun hərbi kəşfiyyat rəisi, general Arşak Karapetyanın tabeliyində olan şəxslər Azərbaycanın təmas xəttində ağır silahlar toplaması barədə ( o cümlədən TOS-1A odsaçan sistemləri) ölkə rəhbərliyini qabaqcadan xəbərdar edə bilməyib. Bu isə onun vəzifədən getməsinə səbəb olub.

Bundan başqa, Dağlıq Qarabağdakı xəstəxanalarda yaralananlar üçün yanğın əleyhinə vasitələr olmayıb və onları təcili qaydada Moskvadan gətirməli olublar.

Bildirilib ki, ölkənin müdafiə nazirinin maddi-texniki təminat məsələləri üzrə müavini, general-leytenant Alik Mirzabekyanı “erməni hərbi qulluqçularının təchizatında yol verilən səhvlər”, rabitə idarəsinin rəisi general-mayor Komitas Muradyanı isə “münaqişədən sonra qoşunlarda yaranmış problemlərə görə” tutduqları vəzifədən azad ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti