Ohanyanın nazirliyi dağılır - Generallar istefaya göndərilir

Ohanyanın nazirliyi dağılır - Generallar istefaya göndərilir
  27 Aprel 2016    Oxunub:3757
“Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahında araşdırmalar aparılır”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komisiyyasının sədri Koryun Naapetyan deyib.

Onun fikrincə araşdırmalardan sonra başqa vəzifəlilərin də məsuliyyətə cəlb edilməsi və istefası istisna edilmir: “Bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətsizlik ediblər. Fikrimcə, təhlil aparıldıqdan sonra müvafiq qərar qəbul ediləcək”.

“Ötən gün vəzifələrindən azad edilən 3 generalla bağlı cinayət işi açılıbmı” sualına Koryun Naapetyan “hələlik cinayət işi açılmayıb”-deyə cavab verib.

Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan ordusunun üç generalı tutduğu vəzifədən kənarlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti