Əliyevlə Sarkisyan görüşəcək? - Rusiyadan reaksiya

“Amma münaqişə zonasında yaranan son gərginlik tərəflər arasında birbaşa dialoq prosesini kəskinləşdirib. Buna baxmayaraq, Rusiyanın vasitəçiliyi ilə orada qarşıdurmanı aradan qaldırmaq mümkün olub. Çox güman ki, söhbət hərbçilər arasında əlaqədən gedəcək”, - deyə A.Lukaşeviç vurğulayıb.
O, həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı vəziyyətə dair hesabatla çıxış edə bilərlər:
“Həmsədrlər aprelin 20-də hazırkı sədrin yanında olublar. Bundan əlavə onlar aprelin 6-9-da regiona səfər ediblər, sədrə vəziyyət barədə hesabat veriblər”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrienin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində iş aparılır.
"Biz hər iki ölkənin prezidentləriylə görüşdük və indi biz prezidentlərin görüşünü təşkil etməyə çalışırıq", - deyə Pyer Andrie qeyd edib.
İlkin Nəcəfzadə
AzVision.az