ABŞ-dan Qarabağdakı döyüşlərə reaksiya

Onun sözlərinə görə, dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb.
“Minsk qrupundakı həmsədrimiz regiona səfər edib. Biz hər iki hökumətlə, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq və bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: “Biz, Dağlıq Qarabağın təmas xəttində istənilən formada güc tətbiqini qəti şəkildə pisləyir və tez bir zamanda sülh prosesinin bərpasının zəruri olduğunu bəyan edirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”, - deyə Toner vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az