AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla danışıqların dayandırılması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
“Türkiyə hər vasitə ilə xoş niyyətini sərgiləməyə çalışır. Bu atışmalarda Azərbaycan və prezident İlham Əliyev daha güclənir və güc qazanır. Rusiya da Ermənistana tam dəstək verə bilmir. Çünki Azərbaycanla yüksək səviyyədə mənfəət əlaqələri var”.

Ərdoğan Ermənistanın odla oynadığını deyib: “Türkiyədə 100 minə yaxın erməni var. Onların 50 min nəfərinin ölkə ərazisində yaşamaq hüququ yoxdur. Yenə də bu şəxslərə qarşı xoş niyyətimizi sərgiləyirik”.
İlkin Nəcəfzadə
AzVision.az