Lavrov-Sarkisyan görüşünün gizli məqamları: Axı bu, niyə baş verdi?

Lavrov-Sarkisyan görüşünün gizli məqamları: Axı bu, niyə baş verdi?
  28 Aprel 2016    Oxunub:4996
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri zamanı prezident Serj Sarkisyanla keçirdiyi görüşlə bağlı yeni təfərrüatlar məlum olub.

AzVision.az Ermənistanın `168 Jam` xəbər saytına istinadən xəbər verir ki, Lavrovla görüş zamanı Ermənistan prezidenti cəbhədəki döyüşlərlə bağlı narahatlığını Rusiya rəsmisinin diqqətinə çatdırıb.

KİV-in iddiasına görə, Sarkisyan Lavrova “Axı bu niyə baş verdi?” (Sarkisyan cəbhə xəttindəki son döyüşləri nəzərdə tutur – red) - deyə sual verib. Lavrov isə Ermənistan prezidentinin sualını cavabsız qoyub.

“Bu cür sualların özü-özlüyündə cavabı var və adətən nəsə etməyin mümkün olmadığı vaxtda səslənir. Rusiya tərəfi bu suala Lavrovun vasitəsilə deyil, öz hərəkətləri ilə cavab verir. Rusiya sanki öz mövqeyini cəbhədəki gərginliklərlə göstərir.

Məsələn, Serj Sarkisyan Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin əleyhinə bəyanat verdi və elə həmin gün cəbhə xəttində gərginlik yaşandı. Bununla da, Azərbaycan təkcə Rusiya istehsalı olan silahlarla bizə cavab vermədilər, həm də Rusiya siyasətçilərinin Qarabağla bağlı mövqeyini nümayiş etdirdilər”- deyə erməni KİV yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti