Sarkisyandan Qarabağla bağlı yeni şərtlər

Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:
- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
- Ünvanlı bəyanatlar;
- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.
Serj Sarkisyan münaqişəyə dair sülh danışıqlarının bərpa edilməsi üçün irəli sürən şərtlərini şərh edən sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan prezidentinin bu açıqlaması siyasi oyunun bir hissəsidir. “İnanmıram ki, bu Sarkisyanın öz ağlının bəhrəsidir. Ona kənardan qəyyumları diktə edir. Onun dediklərinin hamısı hakimiyyətdə qalmaq üçün işlətdiyi fintlərdir”.
Politoloqun sözlərinə görə, Sarkisyan indi artıq ona inanmayan və hakimiyyətdə görmək istəməyən erməni xalqı qarşısında onun mənafeyini qoruyan bir şəkildə görünmək istəyir. (Ans)