Gürcü nazir Qarabağa görə Zakir Həsənova zəng etdi

“Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək Dağlıq Qarabağ münaqişə zonasında vəziyyəti müzakirə edib. Tina Xidaşeli cəbhədə atəşkəsin əldə olunacağına və prosesin danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib”, - deyə məlumatda qeyd olunub.
Nazirin sözlərinə görə, regionda sabitlik Gürcüstan üçün həyatı əhəmiyyətə malikdir və beynəlxalq birlik vəziyyətin gərginləşməsinin qarşının alınması üçün təbirlər görməlidir.
Eldar Tanrıverdiyev
AzVision.az