Prezident gecə klubunda: `Xahiş edirəm, rəqs edin`

Prezident gecə klubunda: `Xahiş edirəm, rəqs edin`
  29 Aprel 2016    Oxunub:3636
Estoniya prezidenti Toomas Hendrik İlves Finlandiyada konsert zamanı diceylik edib.
Bu barədə AzVision.az `Delfi`yə istinadən xəbər verir.

Helsinki gecə klublarından birində ölkə başçısı xeyriyyə məqsədilə hazırladığı “Teenage wasteland — 16 Early Fave Raves Of The President” albomunu təqdim edib.

Konsert 45 dəqiqəlik gecikmə ilə başlayıb. İlves insanları fin dilində salamlayıb, daha sonra konsert iştirakçıları ilə ingiliscə danışıb.

Konsert zamanı bir neçə musiqi səsləndikdən sonra prezident zalda enerjinin artığını vurğulayıb: “Siz estonlar kimisiniz!!! Rəqs edin, xahiş edirəm”.

Daha sonra Estoniya prezidenti fanatlarına avtoqraf verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti