`Gəlin, məğlub olduğumuzu deməyək` - Erməni deputat

O, müxalifət liderlərini birliyə çağırıb: “İndi birləşmək hər şeydən önəmlidir. Bizdən öz vətənimizin məğlub olduğu haqda danışmağı gözləməyin. Bizi istəməyənlərə bu həzzi yaşatmayacağıq”, - deyə Zurabyan bildirib.
Onun sözlərinə görə, hazırki vəziyyətdə müxalifət arasında birlik vacibdir. Erməni deputat həmkarlarına səslənərək cəbhəki sonuncu döyüşlərdə Ermənistanın məğlub olması haqda çıxışlar etməməyi tövsiyə edib.
Eldar Tanrıverdiyev
AzVision.az