Daha bir erməni hərbçisi məhv edildi

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü hərbi qulluqçu Aşot Zöhrabyan Xocavənd istiqamətində gedən döyüşlər zamanı zərərsizləşdirilib.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi yaydığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub.
AzVision.az