Kim Çen In toy və yaslara qadağa qoydu

 Kim Çen In toy və yaslara qadağa qoydu
  02 May 2016    Oxunub:3970
Şimali Koreya lideri Kim Çen In Əmək Partiyasının qurultayına qədər ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.
Bu barədə AzVision.az “The Sunday Times”-a istinadən xəbər verir.

“Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, -deyə qeyd edilib.

Məlumatda vurğulanır ki, qurultay keçirilən günlərdə paytaxt Pxenyanın bütün giriş və çıxışları bağlanacaq.

Xatırladaq ki, Şimali Koreyada son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Partiyanın VII qurultayının mayın 6-da keçiriləcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti