Azərbaycanlılar Rusiyada polis rəisini və ailəsini öldürdü

Azərbaycanlılar Rusiyada polis rəisini və ailəsini öldürdü
  02 May 2016    Oxunub:3669
Rusiyanın Samara vilayətində bir ailənin 5 üzvünün öldürüldüyü cinayətin 3 azərbaycanlı tərəfindən törədildiyi məlum olub.
Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən Sızran şəhərinin sabiq polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.

Azərbaycanlılar cinayət üçün armatur parçalarından istifadə ediblər. Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb.

Hazırda o, komadadır. Məhkəmədə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs-qətimkan tədbiri seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti