Sarkisyan ordu generallarını işdən qovur

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın `İrates` qəzeti məlumat yayıb
Qəzetin tirajladığı xəbərə görə, yaxın vaxtlarda işində yol verdiyi nöqsanlara görə, Ermənistanın Müdafiə Nazirliyi yanında bir sıra idarələrin rəhbərləri vəzifədən azad olunacaq.
“Siyahıda texnologiyaların inkişafı sahəsində yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyinin Hərbi Sənaye İdarəsinin rəisi Murad İsaxanyanın da adı var. Mənbə müdafiə sektorundan digər vacib sahələrdə də rəhbərlərin istefaya göndəriləcəyini bildirib. Növbənin `akula`lara da çatacağını istisna olunmur. Lakin bu günlərdə Ermənistan rəhbərliyi cəbhə xəttindəki gərginliyi nəzərə alaraq bu addımı atmır. Lakin vəziyyət sabitləşən kimi Ermənistanda ciddi kadr dəyişiklikləri aparılacaq”, - deyə qəzetin yaydığı məlumatda bildirilib.
İstefaya göndəriləcək vəzifəlilər sırasında generalların üstünlük təşkil edəcəyi istisna edilmir.
Eldar Tanrıverdiyev
AzVision.az