Rusiyada helikopter qəzası - Ölənlər var

"Helikopterin bu modeli 4 nəfər üçün nəzərdə tutulub. Helikopterdəki sərnişinlərin sayı məlum deyil. Hazırda qəza baş verən ərazidə axtarış –xilasetmə işləri davam etdirilir", - Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata əsasən, hadisə Petropavlovsk-Kamçatkadan 80 km aralı, Rus buxtasının sahillərində baş verib.
Qəza ilə bağlı cinayət işi açılıb.
Eldar Tanrıverdiyev
AzVision.az