Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin etimad mühitinin yaradılması istiqamətində gördüyü işləri də dəstkləyirik “- deyə o, əlavə edib.

Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının sədri İlka Kanerva bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
İlkin Nəcəfzadə
AzVision.az