ABŞ-la Avropa İttifaqı arasında danışıqlar dayandırıla bilər

Aİ nümayəndəsinin sözlərinə görə, ABŞ, Almaniya və Fransada seçkilər ilə əlaqədar yaranan fasilə 2017-ci ilin sonuna qədər uzana bilər, o zaman azad ticarət zonasına dair danışıqlara qayıtmaq çətin olacaq. Qəzetin qeyd etdiyi kimi, avropalılar müqavilənin mətni haqqında məlumatın sızmasına ABŞ-ın reaksiyasından da ehtiyatlanırlar. Belə ki, amerikalılar həmişə danışıqların ciddi məxfiliyinin tərəfdarı olublar.
“Greenpeace” ekoloji təşkilatı dünən TTIP üzrə aparılan danışıqlar barədə əlinə keçən sənədləri yayıb. ABŞ hökuməti bu sızmaya nümayişkaranə surətdə laqeyd qalıb. ABŞ Prezidentinin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, Amerika rəsmiləri bu faktdan bir o qədər xüsusi narahatlıq keçirmirlər. (Azərtac)